AZ

Dünya Bankı iqlim layihələri üçün 150 milyard dollar ayıracaq

Dünya Bankı yaxın 10 il ərzində iqlimin maliyyələşdirilməsinə 150 ​​milyard dollar ayırmağı planlaşdırır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Dünya Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Yurgen Vogel məlumat verib.

Onun sözlərinə görə, Dünya Bankı qarşıdakı 10 il ərzində 150 ​​milyard dollar dəyərində iqlim layihələrini maliyyələşdirməyi planlaşdırır:

"İnkişaf etməkdə olan ölkələrin karbon emissiyalarını azaltmaq və gələcək risklərə hazırlaşmaq üçün 2030-cu ilə qədər hər il 2,4 trilyon dollara ehtiyacı olacaq. Hazırda 14 ölkə ilə müqaviləmiz var. Bu ölkələr fəlakətlə üzləşdikləri təqdirdə borc ödənişlərini təxirə sala və ya azalda biləcəklər".

Gülşən Şərif

Seçilən
16
bakivaxti.az

1Mənbələr