AZ

Nikol Paşinyan: Ermənilərin sosial düşüncəsi əsasən dövlət əleyhinədir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarının kollektiv sosial düşüncəsinin əksər hallarda dövlətə qarşı olduğunu bildirib.

Hurriyyet.az xəbər verir ki, Paşinyan bu fikirləri dövlət büdcəsi layihəsinin müzakirələri başa çatdıqdan sonra yekun çıxışında səsləndirib.

“Kollektiv sosial təfəkkürümüz, daha doğrusu, ictimai şüuraltımız mahiyyətcə anti-dövlət xarakterlidir. Bu, hamımıza təsir edir. Vaxtaşırı özümü düşünürəm ki, çox vaxt dediklərimiz və təsdiqlədiklərimiz həmişə bu və ya digər dərəcədə görünməz anti-dövlətçilik telini daşıyır,” – deyə o bildirib.

Paşinyan vurğulayıb ki, milli kimliyin qorunub saxlanmasının təminatçısı yalnız dövlətdir və bu həqiqətə baxmayaraq, erməni cəmiyyəti tərəfindən həmişə tam olaraq dərk olunmayıb.

Musavat.com

Seçilən
4
1
hurriyyet.az

2Mənbələr