AZ

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol oynayarkən öldü

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib.

Sportinfo.az xəbər verir ki, S. Hacıyev Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından vəfat edib.

S.Hacıyev 1961-ci ildə anadan olub. O, uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib.

2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

Seçilən
28
sportinfo.az

1Mənbələr