AZ

Çanaqqala boğazı təktərəfli istiqamət üzrə bağlanıb

Çanaqqala boğazı bərpa və təmir işləri üçün Sinqapurdan Yalovaya aparılan nəhəng hovuzun keçidi səbəbilə tək istiqamətli tranzit gəmilərə bağlanıb.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Təhlükəsizliyi Baş İdarəsi açıqlama yayıb.

Bildirilib ki, Vanuatu bayrağı ilə "Hulk-2" və Liberiya bayrağı ilə "Maverick-1" adlı yedək gəmiləri tərəfindən çəkilən 260 metr uzunluğunda, 85 min ton ağırlığında "Dourado" qayığı günorta saatlarında cənubdan boğaza daxil olub.

Sahil Təhlükəsizliyi Baş İdarəsinə (KEGM) məxsus "Kurtma-3", "Kurtma-13", "Kurtma-14" və "Kurtma-17" yedək gəmiləri və "KİYEM-1" xilasetmə qayığı dənizdə təhlükəsizlik məqsədilə istifadə olunur. 

Qayığın Mərmərə dənizinə girməsindən sonra hərəkət əvvəlki qrafikinə qaytarılacaq.

Gülşən Şərif

Seçilən
8
bakivaxti.az

1Mənbələr