AZ

Rusların tank və zirehli texnikaları tükənmək üzrədir

Rusların

Rusiya ordusu itirilən texnikanı əvəz etmək üçün əsasən təmir olunmuş tanklara və anbardan çıxarılan zirehli texnikaya güvənir.

Reyting.az
xəbər verir ki, bunu Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bildiriblər. Amma onların fikrincə, bu texnikalar rus ordusuna uzun müddətdə kifayət etməyəcək.

Ukrayna Müdafiə Strategiyaları Mərkəzinin eksperti Viktor Kevlyuk noyabrın 13-də qeyd edib ki, ruslar ayda təxminən 150-160 yeni tank istehsal və bərpa edirlər. Bu ildə təxminən 1920 tank deməkdir. Müharibədə isə təxminən eyni miqdarda itirirlər.

Hollandiyanın açıq mənbəli “Oryx” layihəsi rus qoşunlarının genişmiqyaslı müharibə zamanı təxminən 3558 tank itirdiyini hesablayıb.

Kevlyukun sözlərinə görə, bir il ərzində istehsal olunan bütün rus tanklarının yalnız 30 faizi (1344-dən təxminən 567-si) yenidir, qalanları isə anbarlardan çıxarılır.

Britaniya kəşfiyyatının son hesablamalarına görə, bu temp davam edərsə, Rusiya Federasiyasının anbarları 2025-ci ilin payızına qədər tükənəcək.

Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) 2024-cü ilin fevralında qeyd edib ki, rus ordusu nəqliyyat vasitələrini anbardan yenidən işə salmaqla ən azı növbəti iki-üç il ərzində təxminən 3 minlik avadanlıq itkisinə tab gətirə biləcəklər.

Eyni zamanda, ukraynalı hərbi müşahidəçi Konstantin Maşovets Rusiyanın müdafiə sənayesinin ildə təxminən 250-300 yeni tank istehsal edə və daha 250-300 tankı təmir edə biləcəyinə diqqət çəkib.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələri 3179 tankı məhv edib və ya sıradan çıxarıb.

“Economist”ə görə, hazırkı itki nisbətində, anbarda olan Rusiya tankları və piyada maşınları gələn ilin ikinci yarısına qədər “kritik tükənmə nöqtəsinə” çatacaq.

V. QULİYEV

Seçilən
5
1
reyting.az

2Mənbələr