AZ

Tesla iki mindən çox Cybertruck avtomobilini geri çağırıb

Bakı, TurkicWorld

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Teslanın 2 min 431 Cybertruck avtomobilini geri çağırdığı bildirilib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən aıqlama verilib.

Açıqlamada, sözügedən qərarın 6 noyabr 2023-cü il və 30 iyul 2024-cü il tarixləri arasında istehsal edilən bəzi Cybertruck avtomobillərini əhatə etdiyi ifadə edilib.

Bu geri çağırılmanın səbəbi avtomobillərdəki invertor nasazlığı ilə bağlıdır.

Qeyd edək ki, bu il ərzində Cybertruck modelləri artıq altı dəfə geri çağırılıb.

Oktyabr ayında isə Tesla arxa görüntü kamerasındakı problemə görə ABŞ-da 27 mindən çox Cybertruck avtomobilini geri çağıracağını açıqlamışdı.

Seçilən
8
1
turkic.world

7Mənbələr