AZ

Bakı Bəyannaməsi regionda təşəbbüsləri dəstəkləyən yeni platforma formalaşdıracaq

“COP29 çərçivəsində İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına həsr olunmuş sessiyada iqlim riskinə hazırlıq, su, enerji və qida təhlükəsizliyi, aşağı karbonlu həllər, iqlim fəaliyyəti istiqamətində əməkdaşlığın gücləndirilməsi haqqında müzakirələr apardıq”. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Nazir əlavə edib ki, sessiyada təşkil olunan Nazirlər Görüşündə imzalanan Bakı Bəyannaməsi regionda sosial, iqtisadi və ekoloji sahələrdə təşəbbüsləri dəstəkləyən yeni platforma formalaşdıracaq.

Seçilən
13
vergiler.az

1Mənbələr