AZ

Braziliya Rusiya və Ukrayna ilə G20 sammitinin bəyannaməsinin mətnini razılaşdıracaq

Braziliya İyirmilik Qrupunun (G20) sədri kimi həm Rusiya, həm də Ukrayna ilə assosiasiya sammitinin yekun bəyannaməsinin mətnini müzakirə edə biləcək.
 
Bunu Braziliyanın Hindistandakı səfiri Kennet Feliks Hacinski da Nobreqa Yeni Dehlidə Hindistan Qlobal İnsights Mərkəzində (CGII) təşkil olunan "G20 Sammiti: Nə gözləmək lazımdır” adlı konfrans zamanı deyib.

Diplomatın sözlərinə görə, bəyannamənin mətni hələ də müzakirə olunur.
 
"Mətn hələ hazır deyil və bu tipli sənədin sammit başlamazdan dərhal əvvəl hazır olması normaldır”, o qeyd edib.
 
Hindistan Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini Vikram Misrini bundan əvəl bildirib ki,  G20 sammitinin yekun bəyannaməsinin mətni hələ də müzakirə olunur və müzakirələrdə Ukrayna və Yaxın Şərqdəki münaqişələrin mürəkkəb mövzuları görünür.

G20 sammiti noyabrın 18-19-da Braziliyanın cənub-şərqində, Rio-de-Janeyroda Cənubi Amerika respublikasının prezidenti Luiz İnasio Lula da Silvanın sədrliyi ilə keçiriləcək. 
 
Aytac

www.anews.az
Seçilən
12
anews.az

1Mənbələr