AZ

“Yaşıl” taksonomiya iqlim maliyyələşdirilməsini genişləndirmək üçün böyük imkanlar açacaq - Taleh Kazımov

Bakı. Trend:

“Yaşıl” taksonomiya iqlim maliyyələşdirilməsini genişləndirməküçün böyük imkanlar yaradacaq, kapitalı səmərəli şəkildə səfərbəredəcək və “yaşıl” iqtisadiyyata keçidi sürətləndirəcək.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh KazımovAMB tərəfindən təşkil edilən “Dünyada dayanıqlı maliyyələşdirmənintəşviqi: dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğu vəmüqayisəliliyi üzrə Yol Xəritəsi” mövzusunda panel müzakirəsindədeyib.

“Milli səviyyədə yaşıl taksonomiya sahəsində əldə olunanirəliləyişi vurğulamaq istərdim. Biz artıq müxtəlif dövlətqurumlarının, maliyyə sənayesi assosiasiyalarının və beynəlxalqmaliyyə təşkilatlarının aktiv iştirakı ilə “yaşıl” taksonomiyanıqəbul etmişik. Bu təşəbbüs iqlim maliyyələşdirilməsinigenişləndirmək üçün böyük imkanlar açacaq, kapitalı səmərəlişəkildə səfərbər edəcək və “yaşıl” iqtisadiyyata keçidisürətləndirəcək. Fürsətdən istifadə edərək taksonomiyanınhazırlanmasında texniki dəstəyə görə Dünya Bankına xüsusitəşəkkürümü bildirmək istəyirəm”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Azərbaycan Mərkəzi Bankı “yaşıl”taksonomiyanı təsdiqləyib.

Ətraflı məlumat üçün linkə daxil olabilərsiniz:

Məqalədə:
Seçilən
30
2
az.trend.az

3Mənbələr