AZ

Anjey Dudanın demarşını Bakıda heç kim hiss etmədi – Lukaşenko

Polşa dövlətinin başçısı Anjey Dudanın demarşını Bakıda heç kim hiss etməyib.

İnterpress.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenko deyib ki, Polşa dövlətinin başçısı Anjey Dudanın demarşını Bakıda heç kim hiss etməyib.

“Polşa dövlətinin başçısı Anjey Dudanın demarşını Bakıda heç kim hiss etmədi. O, BMT-nin iqlim dəyişikliyi ilə bağlı konfransında Belarus lideri orada iştirak etdiyi üçün onunla şəkil çəkdirməkdən imtina edib.

Bir avropalı – Belarus xarici işlər naziri Maksim Rıjenkov mənə deməsəydi, mən də bilməzdim. Lukaşenko orada olduğuna görə şəkil çəkdirməkdən (Bakıdakı sammitdə “ailə şəkli”) imtina etdi. Heç kim bunu fərq etmədi.

Mən orada sakitcə dayandım. Pakistanın baş naziri ayağa qalxdı, çoxları gəlib onu hörmətlə qarşıladı. Mən də onların yanına getdim. Bir ailə kimi.

Heç kim onun yoxluğunu hiss etmədi. Görür ki, ona diqqət yetirilməyib və o, çəkilməyə getmədiyini reklam etməyə başlayıb. Yaxşı, getmə. Ya Rəbb, kim idi səni orada gözləyən?!”, – Lukaşenko vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
interpress.az

1Mənbələr