AZ

Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

Rəqəmsal texnologiyalar sənayesində davamlılıq üzrə əməkdaşlığıgücləndirmək üçün 14 noyabrda COP29 çərçivəsində Yaşıl RəqəmsalFəaliyyət trekinin yüksəksəviyyəli açılış sessiyası keçirilib.

Trend xəbər verir ki, sessiyaRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi,Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və BMT-nin RəqəmsalTexnologiyalar Agentliyi tərəfindən təşkil olunub.

“Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü sənayenin yaşıl keçidə necərəhbərlik edə biləcəyinə və iqlimə davamlılığı gücləndirəbiləcəyinə dair güclü bir nümunə yaradır” deyən BeynəlxalqTelekommunikasiya İttifaqının baş katibi Doreen Bogdan-Martinhəmçinin əlavə edib: “Rəqəmsallaşma Günündən sonra ortaya çıxacaqYaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi bizə irəliyə doğru yolgöstərir. Bizə isə hazırda lazım olan məqsədlə və bərabərməsuliyyətlə idarə olunan iqlimə uyğun rəqəmsallaşmadır”.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iqlimdəyişikliyi ilə mübarizədə güclü vasitə olan rəqəmsallaşmanınpotensialından tam yararlanmaq üçün dayanıqlı infrastruktura vəətraf mühitə təsirə üstünlük verən balanslaşdırılmış yanaşmayaehtiyac olduğunu vurğulayıb: “Yalnız rəqəmsallaşma vasitəsilədavamlı gələcəyi təmin etmək üçün lazım olan sürət, dəqiqlik vəçevikliyə nail ola bilərik”.

Müzakirələrdə texnologiya sektorunda emissiyalarınazaldılmasının zəruriliyi və ekoloji həllərdə texnologiyanın roluvurğulanıb.

Sessiya rəqəmsallaşma və iqlim fəaliyyətinə dair tematikmüzakirələrlə davam edib, uğurlu əməkdaşlığı nümayiş etdirib. Beləki, il ərzində çoxtərəfli Yaşıl Rəqəmsal Fəaliyyətin əsasnəticələri və tərəqqi yeniləmələri diqqətə çatdırılıb.

Çıxış edənlər bu sessiyanın ekoloji problemlərin həllində vəhamı üçün dayanıqlı gələcəyin qurulmasında rəqəmsal həllərin oynayabiləcəyi mühüm rolu vurğulayan dinamik proqramın başlanğıcıolduğunu bildiriblər. Beləliklə, COP29-da Yaşıl Rəqəmsal Fəaliyyəttreki fəal iştirakı, mənalı dialoqu təşviq etmək və birgə iqlimfəaliyyətində innovativ ideyaları oyatmaq üçün nəzərdə tutulub.

Qeyd olunub ki, müzakirələr və seminarlar silsiləsi davamlılıqstandartlarının əhəmiyyəti, “Xalis Sıfır” İKT sektoruna aparan yol,iqlim dəyişikliyi ilə mübarizə və erkən xəbərdarlıq sistemləri üçünsüni intellektdən istifadə edilməsinə yönələcək.

Məlumat üçün bildirək ki, Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsüCOP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan 14 qlobaltəşəbbüsdən biridir. Bu təşəbbüs tək bir hadisə deyil, həm dəinnovasiya və dayanıqlığa əsaslanan rəqəmsallaşmanın gələcəkCOP-larda prioritet olaraq qalmasını təmin edərək davamlı sürətyaratmağa çağırışdır.

COP29 çərçivəsində təşəbbüsün yekun tədbiri – Yaşıl RəqəmsalFəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa COP29 çərçivəsində ilkRəqəmsallaşma Günündə – noyabrın 16-da keçiriləcək.

Tədbirdə dünyanın bir sıra ölkələrindən dövlət və özəl sektornümayəndələri, o cümlədən İKT sahəsi üzrə qlobal miqyasda aparıcıtərəfdaşlar iştirak edəcəklər.

Dəyirmi masada bir sıra kritik mövzular, o cümlədən rəqəmsalinnovasiyanın iqlim strategiyalarına inteqrasiyası, iqlimmonitorinqinin rəqəmsal alətlərlə artırılması, rəqəmsalinklüzivliyin təşviqi və rəqəmsal texnologiyaların ətraf mühitətəsirlərinin azaldılması müzakirə ediləcək.

Dəyirmi masanın sonunda dayanıqlı və yaşıl dünya naminə bütünmaraqlı tərəflərin iştirakı ilə yekun sənəd – Yaşıl RəqəmsalFəaliyyət üzrə Bəyannamənin qəbul edilməsi gözlənilir.

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə rəqəmsaltexnologiyaların iqlim dəyişikliyi ilə mübarizədəki potensialınıtanımaqla yanaşı, dayanıqlı və inklüziv praktikaların təşviqinə dəəhəmiyyətli bir addımdır.

Yaşıl
Yaşıl
Yaşıl
Yaşıl
Yaşıl
Yaşıl
Yaşıl
Seçilən
17
16
az.trend.az

10Mənbələr