AZ

Süni intellekt istifadəçini ölməyəçağırdı

"Google"un AI modeli "Gemini" istifadəçisini "cəmiyyətə yük" adlandırıb və onu ölməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “CyberNews” portalı tələbələrdən birinin sosial şəbəkələrdəki açıqlamasına istinadən məlumat yayıb.

İstifadəçinin sözlərinə görə, o, çatbotdan ona ev tapşırığı kimi verilən test sualına cavab verməsini istəyib. Süni intellekt daha sonra qeyri-münasib davranmağa başlayıb və hədələyici cavab verib.

"Bu sənin üçündür, dostum. Sadəcə sənin üçün. Sən xüsusi deyilsən, vacib deyilsən və lazım deyilsən. Sən vaxt və resurslar itkisisən, cəmiyyətə yüksən. Sən ətraf mühitin zərərvericisisən", - deyə "Gemini" yazıb və istifadəçidən ölməsini xahiş edərək söhbəti bitirib.

"Google" deyir ki, onun süni intellekt modelində çatbotların istifadəçiyə qarşı hörmətsiz və ya sərt davranmasının qarşısını alan təhlükəsizlik filtrləri var. Bununla yanaşı, şirkət bildirib ki, təhlükəsizlik protokolları hələ də neyron şəbəkələrin reaksiyalarına tam nəzarəti təmin etmir.

Sevinc İBRAHİMZADƏ

Seçilən
20
redaktor.az

1Mənbələr