AZ

İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi imzalanıb (FOTO)

Bakı. Trend:

Bakıda COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinintəşkilatçılığı ilə təşkil edilən İqlim, İnnovasiya və Ticarət üzrəCAREC Tərəfdaşlığına həsr olunmuş Yüksək Səviyyəli Sessiyadabəyannamə imzalanıb.

Trend xəbər verir ki, COP29çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkiledilən İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına həsrolunmuş Yüksək Səviyyəli Sessiya keçirilib.

Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə Əməkdaşlıq vəİnteqrasiya Departamentinin regional başçısı Ləzizə Sabirovanınmoderatorluğu ilə keçirilən tədbirdə iqtisadiyyat naziri MikayılCabbarov CAREC Proqramının regionun inkişafına töhfələrinivurğulayıb. Qeyd olunub ki, proqram müxtəlif sektorlar üzrə yüksəkkeyfiyyətli layihələrə, o cümlədən prioritet istiqamətlərə sərmayəqoymaqla regional əməkdaşlığın gücləndirilməsini dəstəkləyir.Diqqətə çatdırılıb ki, regionda mühüm nəqliyyat qovşağı olanAzərbaycan transsərhəd və tranzit prosedurlarının, logistikanındavamlı olaraq təkmilləşdirilməsində və ticarətinrəqəmsallaşmasında önəmli rol oynayır. Azərbaycanın CAREC ölkələriilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi üçünsəylərin davam etdirildiyi bildirilib: “2024-cü ilin doqquz ayıərzində Azərbaycan ilə CAREC-ə üzv dövlətlər arasında ticarətdövriyyəsi təqribən 4 milyard ABŞ dollarına çatıb, CARECölkələrinin Azərbaycanın ümumi xarici ticarətində payı isə 11,5faiz təşkil edib”. Qeyd edilib ki, tədbir çərçivəsində imzalanan“İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına dair BakıBəyannaməsi” regionda sosial, iqtisadi və ekoloji sahələrdətəşəbbüsləri dəstəkləyən yeni platforma formalaşdıracaq. Həmçinin,bu çərçivədə yeni yaşıl prinsiplərin qəbul edilməsi prosesləriasanlaşacaq, ticarət və iqlim dəyişikliyi üzrə dialoq təşviqediləcək.

Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava, Asiyaİnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin başdirektoru Yevgeni Jukov, 2024-cü il üzrə CAREC Proqramına sədrlikedən Qazaxıstanın Baş nazirinin müavini, milli iqtisadiyyat naziriNurlan Baybazarov CAREC ölkələrinin tərəfdaşlığı, iqlimdəyişikliyinin mənfi təsirlərinə qarşı birgə tədbirlər, yaşıllayihələrin reallaşdırılması imkanları barədə fikirlərinibildiriblər. Sessiyada CAREC İqlim Dəyişikliyi Fəaliyyət Planı,CAREC İqlim və Davamlılıq Layihəsinə Hazırlıq Fondu və İqlim,İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına dair təqdimatlarolub.

Tədbirdə iqlim riskinə hazırlıq, su, enerji və qidatəhlükəsizliyi, aşağı karbonlu həllər, iqlim fəaliyyətiistiqamətində tərəfdaşlığın gücləndirilməsi ətrafında müzakirələraparılıb. Proqrama üzv olan ölkələr arasında İqlim, innovasiya vəticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsiimzalanıb.

İqlim,
İqlim,
İqlim,
İqlim,
İqlim,
İqlim,
İqlim,
İqlim,
İqlim,
İqlim,
İqlim,
İqlim,
Məqalədə:
Seçilən
27
10
az.trend.az

10Mənbələr