AZ

Ceyhun Bayramov BMT baş katibinin köməkçisi ilə görüşüb

Bakı. Trend:

Noyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)çərçivəsində ölkəmizdə səfərdə olan BMT baş katibinin köməkçisi,BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB üzrə regionalbürosunun direktoru İvana Jivkoviç ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə XİN-dən bildirilib.

Görüş zamanı Azərbaycan və BMTİP arasında mövcud əməkdaşlıqgündəliyində duran, habelə Azərbaycanın COP29 sədrliyindən irəligələn məsələlər müzakirə edilib.

Azərbaycanın BMTİP ilə uğurlu qarşılıqlı faydalı əməkdaşlığınınmövcudluğunu qeyd edən nazir Ceyhun Bayramov, xüsusilə dayanıqlıinkişaf gündəliyinin irəlilədilməsi istiqamətində birgə layihələrinicrasını, ölkəmizin bu sahəyə sistematik yanaşmasının göstəricisiolaraq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasınınyaradıldığını, tərəfimizdən indiyədək 3 Könüllü Milli Hesabatıntəqdim olunduğunu qeyd edib.

Ölkəmizin işğaldan azad olunmuş ərazilərindəki mina təhdidi iləmübarizə səylərindən ətraflı bəhs olunub.

Azərbaycanın geniş yaşıl enerji potensialına əsaslanan inkişafstrategiyası, yaşıl enerji sahəsində regional və beynəlxalqlayihələr, xüsusilə Xəzər və Qara dəniz hövzələrini birləşdirərəkyaşıl enerji dəhlizinin yaradılması təşəbbüsündən bəhs olunub. Buistiqamətdə, COP29 çərçivəsində imzalanmış “AzərbaycanRespublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikasıhökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsisahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əhəmiyyəti qeydolunub.

COP29 sədrliyimizin əsas prioriteti olan iqlim maliyyəsi mövzusununirəlilədilməsi istiqamətində beynəlxalq təşkilatların, o cümlədənBMTİP-in aktiv iştirakçılığının vacibliyi vurğulanıb.

Bakıda keçirilən COP29 çərçivəsində ilk gündən etibarən ParisSazişinin 6.4-cü maddəsi üzrə razılığın əldə olunması, İtki vəZərərlərə Cavab Fondunun işə başlanmasını təmin edən irəliləyişlər,habelə çoxtərəfli inkişaf bankları tərəfindən iqlim maliyyəsi üçünöhdəliyin illik əsasda 75 milyarddan 170 milyard ABŞ dollarınaqədər artırılması əhəmiyyətli uğur kimi qiymətləndirilib.

Qarşı tərəf Azərbaycan və BMTİP arasında müxtəlif sahələrdəəməkdaşlığın məmnunluq doğurduğunu, xüsusilə mina təhdidi iləmübarizə sahəsinə BMTİP tərəfindən xüsusi əhəmiyyət verildiyini, buistiqamətdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi(ANAMA) ilə birgə Azərbaycanda Minalardan Təmizləmə üzrə BeynəlxalqMükəmməllik və Təlim Mərkəzinin yaradılması üzərində birgəfəaliyyətin aparıldığı bildirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafındafikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
15
18
az.trend.az

10Mənbələr