AZ

Pezeşkian MAQATE-nin baş direktoru ilə görüşüb

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq çərçivəsində nüvə proqramının dinc xarakter daşıması ilə bağlı bütün şübhələri aradan qaldırmağa hazırdır.

Azpost.info xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşündə deyib.

“Biz iddia olunan problemlərin həlli və ölkəmizin dinc nüvə fəaliyyətinə dair şübhələri aradan qaldırmaq üçün bu beynəlxalq qurumla əməkdaşlığa və yaxınlaşmağa hazır olduğumuzu bəyan edirik”, – Pezeşkian qeyd edib.

Azpost.info

Seçilən
25
4
azpost.info

9Mənbələr