AZ

Azərbaycan və Çin arasında enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu imzalanıb

Azərbaycan və Çin arasında enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu imzalanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

"Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə Energetika Nazirliyi, “China Energy Overseas Investment Co. Ltd.” və “SOCAR Green” MMC arasında İcra Müqaviləsi və Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd arasında Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu imzaladıq", - paylaşımda deyilir.

Həmçinin Energetika Nazirliyi ilə “China Datang Co. Ltd” arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanlb.

Seçilən
13
10
operativmedia.az

10Mənbələr