“Bozqurd” bu vəzifəni çox boş saxlamadan dərhal təyinat həyata keçirdi ki, Yunis Hüseynov Kurban Berdıyevin köməkçisi oldu.
“Football-plus.az” Yunis bəylə əlaqə saxlayıb, bir qədər sürpriz mahiyyəti daşıyan seçimi haqda fikirlərini öyrəndi:
“Kurban Berdiyevlə işləmək hər məşqçinin arzusudu. O, həqiqətən, çox təcrübəli mütəxəssisdi. Berdıyevdən öyrəniləcək çox şey var. Başqa klublardan təklif yox idi. Niyə məhz “Turan Tovuz”? Ona görə ki, Kurban Berdıyev böyük bir məktəbdi. Onunla çalışmaq nəyisə öyrənmək deməkdi. Başqa ölkələrdən Berdıyevin yanına gəlib nəsə öyrənirlər”.
Bilindiyi, Yunis bəy həm də AFFA-nın elit-məşq layihəsinin rəhbəri və FİF-in Himayəçilər Şurasının sədri kimi çalışır. O, saytımıza açıqlamasında yalnız AFFA-dakı işindən ayrılmaq niyyətində olduğunu bildirdi.
KƏNAN BAHADIR