AZ

Yalçın Rəfiyev: Müzakirələrdə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində maliyyələşdirmənin rolu vurğulanıb

"Bu forum əməkdaşlığın gücünün və fəaliyyətdə iqlimin maliyyələşdirilməsini inkişaf etdirmək üçün ortaq öhdəliyin sübutu olub. Müzakirələrimizdə Paris Sazişinin və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində maliyyələşdirmə və investisiyanın kritik rolu vurğulandı".

APA xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nın qapanışında çıxışı zamanı bildirib.

O deyib ki, sessiyalar boyu innovativ maliyyə həlləri, birbaşa xarici investisiyaların kritik rolu və dövlət-özəl tərəfdaşlıqların transformasiya potensialı araşdırılıb:

"Müzakirələr 1 trilyon ABŞ dollarını aşan iqlim maliyyə boşluğunu aradan qaldırmaq və dövlət sektoru investisiyalarını artırmaq üçün həm dövlət, həm də özəl kapitaldan istifadənin vacibliyini vurğuladı. Maliyyə, hökumət, xeyriyyəçilik və vətəndaş cəmiyyətinin müxtəlif aktorları karbondan təmizlənmiş gələcəyə ədalətli keçidi sürətləndirmək kimi bir ümumi məqsədə doğru birlikdə çalışmalıdırlar".

Mirvari Əzizova

Seçilən
15
3
apa.az

4Mənbələr