AZ

“Jaguar” 2026-cı ilə qədərsifariş qəbul etməyəcək - FOTO

“Jaguar” tezliklə “heç bir avtomobil istehsal etməyən avtomobil istehsalçısına” çevriləcək. Dekabr ayında “I-Pace” və “E-Pace” istehsalına son qoyacağını bildirən Britaniya brendinin “F-Type”, “XE” və “XF” modellərini istehsal xəttindən çıxarmasından artıq aylar keçib. “F-Pace”nin istehsalı 2025-ci ildə “Jaguar”ın yeni elektrik avtomobillərinin səhnəyə çıxması ilə dayandırılacaq. Əsas problem isə yeni modellərin hələ də ortada olmamasıdır.

Autocar tərəfindən paylaşılan hesabata görə, məsələ təxminən 2 illik bir müddətdən gedir. JLR-nin baş direktoru Adrian Mardell bildirib ki, üç yeni EV-dən birincisi hələ sınaq mərhələsindədir və 2026-cı ilin yayına qədər satışa çıxarılmayacaq. Bu markanı daşımaq üçün yalnız “F-Pace” modeli qalır, lakin istehsalın bir neçə aya başa çatması planlaşdırıldığı üçün “Jaguar”ın istehsalında böyük boşluq yaranacaq. Autocar-ın məlumatına görə, şirkət 2026-cı ilin əvvəlinə qədər bəzi bazarlarda “F-Pace” satmağa davam edəcək. 

Tam elektrikli model çeşidinə gəlincə, hələ bir konsept təqdim olunmayıb. İlk konsept dördqapılı, yüksək performanslı “Porsche Taycan”ın rəqibi kimi dekabrda nümayiş etdiriləcək. Beləliklə, şirkətin 2026-cı il üçün planlaşdırdığı ilk istehsal modeli əvvəlcədən nəzərdən keçiriləcək. Sedanı təqib edən iki yolsuzluq avtomobili də “Jaguar Electric Platform”da hazırlanacaq, lakin onların nə vaxt satışa çıxarılacağı bəlli deyil.

“Jaguar”ın yeni model diapazonu premium seqmentdən fərqli olaraq daha zəngin müştəriləri hədəfləyən və olduqca baha qiymətlərə malik olacaq. Beləliklə, “Jaguar”ın elektrik enerjisi ilə hərtərəfli transformasiyası Bentley kimi markalarla rəqabət aparmaq üçün daha yüksək siniflərə keçməsinə bəhanə olacaq.

Nərmin

FOTO QALEREYA
Seçilən
20
avtosfer.az

1Mənbələr