AZ

Bizdən ikiqat çox qaz istəyən bəzi avropalılar Azərbaycanı niyə tənqid edir?..

Image

Xəyal Bəşirov: “Qazımızdan, enerji resurslarımızdan yararlanmaq istəyəndə öz maraqlarını əsas götürüb istənilən xahişi edirlər, istənilən addımı atırlar”

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. 

Bəşəriyyətin gələcək taleyi ilə bağlı mühüm addımları özündə ehtiva edən COP29-un ölkəmizdə keçirilməsinə qarşı bəzi Qərb dövlətlərinin qara piar kampaniyası apardığı, eyni zamanda bəzilərinin boykot qərarı verdiyi məlumdur. Amma onların bu cəhdləri uğursuzluğa düçar oldu. 

Prezident İlham Əliyev noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışında bəyan etdi ki, bu tədbirdə 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçı var, onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. 

“...Digər ittiham məsələsinə gəldikdə, iki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır.

Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”. Bu fikirləri noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışında Prezident İlham Əliyev bildirib. 

Avropalılar həm bizdən ikiqat qaz istəyirlər, həm də bizi tənqid edirlər. Bizdən ikiqat çox qaz istəyən bəzi avropalılar   Azərbaycanı niyə tənqid edir?

“Bu açıq-aşkar ikiüzlü siyasətin nəticəsidir”

Məsələ ilə bağlı Siyasi Hüquq və Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycana qarşı Qərbdən olan bir sıra dövlətlərin, müxtəlif təsisatların, ayrı-ayrı şəxslərin vahid mərkəzdən idarə olunan antiazərbayan kampaniyası başlanıb.  “Antiazərbaycan kampaniyası, zaman-zaman olduğu kimi, bu prosesdə də özünü göstərdi. Azərbaycanın COP29 kimi geniş miqyaslı, mötəbər bir tədbirə uğurla ev sahibliyi etdiyi dönəmdə ümumiyyətlə iqlim dəyişmələrinə aid olmayan mövzularla bağlı ölkəmizə qarşı əsassız ittihamlar səsləndirlir. Həmişə öz mövqeyimi səsləndirərkən qeyd edirəm ki, onların bu gün Azərbaycana qarşı səsləndirdikləri əsassız ittihamları, bu cür mövqeləri ötən il də olub, ondan əvvəlki dövrdə də vardı. Biz zaman-zaman ayrı-ayrı proseslər öncəsi və yaxud ərəfəsində bu hadisələrin, əsassız ittihamların, dezinformasiyaların, absurd iddiaların şahidi olmuşuq. Əgər həmin o dövlətlərin belə bir ittihamı var idisə, onların təbirincə desək, o ittihamlar əsaslı idisə, reallığa söykənirdisə niyə o zaman onlar yekdil səs çoxlu ilə Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinə razılıq vermişdilər? Yəni COP29 kimi iqlim tədbirinin Azərbaycan tərəfindən keçirilməsi ilə bağlı ittihamlar səsləndirən həmin o qüvvələr iddia edirlər ki, guya Azərbaycan bir sıra addımlarına görə bu tədbirə ev sahibliyi edə bilməz. Əgər belə iddia var idisə niyə keçən il yekdi səs çoxluğu ilə Azərbaycanın bu tədbiri keçirməsinə razılıq verdilər? Bu sualı vurğulamağımın əsas məqsədi odur ki, orada hər hansı bir istisna olmayıb, hətta Ermənistan belə Azərbaycanın COP29-a ev sahibliyi etməsinə səs verib. Amma bu tədbirdə iştirak etmir. Yəni Ermənistanın o ikiüzlü, saxtakar, yalançı, riyakar siyasəti, addımları, mövqeyi həmin o dövlətlərə, həmin o təsisatlara da aiddir. Çünki keçən ilin dekabrında Azərbaycanın bu tədbiri keçirməsinə yekdil səs çoxluğu ilə razılıq verən, amma bu gün Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən qüvvələrin addımlarına riyakarlıqdan, ikiüzlülükdən başqa ad vermək mümkün deyil.   

Prezident İlham Əliyevin həmişə olduğu kimi Qərbin bəzi dövlətlərinin, bir sıra təsisatlarının, o cümlədən də, ayrı-ayrı şəxslərin Azərbaycana qarşı yürütdükləri qərəzli siyasəti ifşa etməsi ilə bağlı çıxışlarında vurğuladığı kimi, onlar bir tərəfdən, Azərbaycanın təbii sərvətlərindən, enerji resurslarından, neftindən, qazından yararlanır, digər tərəfdən, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirlər. Yəni Azərbaycana Avropa Komissiyasının prezidenti Ursula fon den Lyayenin rəhbərliyi ilə Avropa İttifaqı qaz ixracının Avropaya artırılması ilə bağlı xahişlərinin və bu istiqamətdə razılaşmanın onların təşəbbüsü olduğunu  Prezident İlham Əliyev qeyd etdi. Bunu bütün dünya bilir. Bu proses dünya gündəmində bilinir, dünya mediasının, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.  Bu ondan xəbər verir ki, onlar öz şəxsi mənafelərinə, maraqlarına gələndə bəli, istənilən xahişi edirlər, istənilən addımı atmağa hazırdılar. Bunu öz problemlərini həll etmək üçün edirlər. Amma digər tərəfdən, Azərbaycanı ittiham etməklə yenidən dünya gündəmində   ortaya mövzu qoymağa çalışırlar. Yəni Azərbaycana Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin rəhbərliyi altında Avropa İttifaqı Avropaya qaz ixracının artırılması ilə bağlı xahiçlərini çatdırdığını və bu istiqamətdə razılaşmanın onların təşəbbüsü ilə olduğunu ölkə başçısı qeyd etdi. Bunu bütün dünya bilir. Bu proses dünya gündəmində yer alıb, dünya mediasının və dünya ictimaiyyətinin gözləri önündə baş verib. Bu bir daha ondan xəbər verir ki, onlar öz şəxsi mənafelərini, maraqlarını təmin etməyə gələndə, bəli, istənilən xahişi edirlər, istənilən addımı atmağa hazırdırlar. Bunu öz problemlərini həll etmək üçün edirlər. Amma digər tərəfdən, Azərbaycanı ittiham etməklə yenidən dünya gündəmində ortaya mövzu qoymağa çalışırlar. Qazımızadan, enerji resurslarımızdan yararlanmaq istəyəndə öz maraqlarını əsas götürüb istənilən xahişi edirlər, istənilən addımı atırlar. Amma başqa tərəfdən Azərbaycanı əsassız ittiham edəndə, insan hüquq və azadlıqlarını gündəmə gətirəndə dünya publikasına oynayırlar, populist çıxışlar edirlər, populizmə xidmət göstərirlər. Bu açıq-aşkar ikiüzlü siyasətin nəticəsidir”-deyə bildirən X.Bəşirov qeyd etdi ki, COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlıq dövründə də, indi də Azərbaycana qarşı bu cür qərəzli münasibətin şahidi olmuşuq.  X.Bəşirovun fikrincə, bu cür kampaniyalar elə bu tədbirin başa çatması ilə də sonlanacaq, bitəcək.  “Yenə də həmin o qüvvələr, o dövlətlər, o beynəlxalq təsisatlar Azərbaycanın enerji resurslarından yararlanmağa çalışacaqlar. Bu sadəcə hazırkı dönəmdə beynəlxalq ictimaiyyətin, dünyanın diqqətinin Azərbaycana yönəldiyi məqamda onların ikiüzlü siyasətinin bariz nümunəsidir ki, sanki onları enerji resursları, Azərbaycanla digər mövzularda təmaslar maraqlandırmır. Belə görüntü yaradırlar ki, onları həmişə əllərində bayraq olaraq tutduqları, əslində “soyuq silah” kimi ayrı-ayrı dövlətlərə qarşı istifadə etdikləri  insan hüquq və azadlıqları, demokratiya, digər mövzular maraqlandırır. 

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında həmin o beynəlxalq təsisatların, o dövlətlərin, o şəxslərin mövqelərini, onların o ikiüzlü siyasətlərini konkret dəlillərlə, arqumentlərlə, dolğun məntiqlə ifşa edib. Hesab edirəm ki, bu proses də bir daha onu göstərdi. Beynəlxalq ictimaiyyət mövzuları bir-birinə qatmaqla və eyni zamanda onlar üçün hər hansı konkret bir münbit şərait yarandığı   məqamda ayrı-ayrı mövzularda dövlətlərə hücumlar təşkil etməklə prosesi təkrar edir. Keçən il COP28 keçirilərkən də biz Birləşmiş Ərəb Əmirlilklərinə qarşı da belə hücumların təşkil edildiyinin şahidi olduq. Əslində,  bu yolla onlar bir oxla bir neçə hədəfi vurmağa cəhd göstərirlər. Bir tərəfdən, bu tədbirin keçirilməsi ilə bağlı beynəlxalq aləmin, qlobal dünyanın bu missiyasının həyata keçməsinə nail olurlar, digər tərəfdən, bu ərəfədə Azərbayacana, Azərbaycan kimi dövlətlərə  qarşı hücuma keçirlər. Üçüncü hədəf kimi, onlar özlərini dünyaya hüquq və azadlıqlara, demokratiyaya, bir sıra digər dəyərlərə xidmət edənlər kimi göstərirlər. Düşünürəm ki, beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edən, insanlıq və bəşəriyyət üçün ən ciddi tədbirlərdən biri olan iqlim dəyişikliyi məsələsinə həsr olunan bu tədbirə Azərbaycanın ev sahibliyi etməsinə yekdil səs çoxluğu ilə səs verib daha sonra o tədbiri boykot etməyə cəhd göstərən, bu uğursuz boykot cəhdləri ilə  iştirak etməkdən imtina edən həmin o dövlətlər, təsisatlar, şəxslər əslində insanlığa, bəşəriyyətə, qlobal dəyərlərə ən ağır zərbə vuran tərəflərdir. Onlar fürsətcildirlər, onlar möhtəkirdilər. Bu qüüvələr istənilən məqamda hansısa münbit şəraitdən istifadə edib öz dar çərçivədə maraqlarını həyat keçirmək üçün addımlar atmağa həmişəki kimi fürsət axtarırlar.  

Ona görə də, əslində bu tədbir Azərbaycanın bütün istiqamətlərdə, eyni zamanda belə bir mötəbər tədbirləri keçirmək yönündə gücünü, səviyyəsini, imkanlarını və resurslarını, iradəsini göstərdi. Paralel olaraq, həmin o qüvvələrin də ikiüzlülüyünü, saxtakarlığını bir daha ifşa etmiş oldu”-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA





Seçilən
16
baki-xeber.com

1Mənbələr