AZ

Dəyişikliyin gücləndirilməsi: Sosial Sahibkarlıq Davamlı İnkişaf və Korporativ Sosial Məsuliyyətin Katalizatoru kimi” adlı yan tədbir keçirilib

Bakı.Trend:

Bu gün Education HUB Impakt Azərbaycan təşəbbüs qrupu iləəməkdaşlıqda Bakıda keçirilən
“Dəyişikliyin gücləndirilməsi: Sosial Sahibkarlıq Davamlı İnkişafvə Korporativ Sosial Məsuliyyətin Katalizatoru kimi” adlı yantədbir keçirib

Trend xəbər verir ki, QHTDövlət Dəstəyi Agentliyinin yaşıl zonasında keçirilən tədbir impaktbiznes təcrübələri vasitəsilə iqlim və sosial problemlərin həlliüçün innovativ yanaşmaları müzakirə etmək üçün sosial sahibkarlıq,korporativ məsuliyyət və davamlı
inkişafda tanınmış qurumları bir araya gətirib.

Tədbir Education HUB-ın eksperti Samir Əliyevin Azərbaycanınsosial sahibkarlıq ekosistemi və təsir fondlarının yaradılmasınadair təqdimatla başladı. Daha sonra panel müzakirəsi zamanı millətvəkili Vüqar Bayramov iqlim fəaliyyətində sosial sahibkarlığın roluvə qanunvericilik sahəsində nəzərdə tutulan planlar; AmerikaTicarət Palatasının Azərbaycandakı icraçı direktoru GülnarəAslanbəylinin təqdim etdiyi Korporativ Sosial Məsuliyyət (KSM) vəsosial sahibkarlığın kəsişməsi; Caucasus Ventures investisiyafondunun nümayəndəsi Rəşad Əliyev sosial innovasiyalar vasitəsilədavamlı inkişaf, həmçinin Azərbaycana Birgə yardım qeyri hökuməttəşkilatının təsisçisi və direktoru Qvendolin Burçel sosialmüəssisələrin dəstəklənməsində vətəndaş cəmiyyətinin rolu haqqındaətraflı olaraq məlumat verdi.

Education HUB-ın Proqram Məsləhətçisi Səidə Qurbanovanınmoderatorluğu ilə keçirilən tədbir, müsbət və davamlıdəyişikliklərə nail olmaq üçün sosial sahibkarlığın potensialınıvurğulayan, həmçinin auditoriya tərəfindən qaldırılan maraqlısual-cavab sessiyası ilə yekunlaşıb. Müzakirələr davamlı, sosialməsuliyyətli gələcəyin dəstəklənməsi üçün dövlət, özəl və vətəndaşcəmiyyəti sektorları arasında birgə əməkdaşlığın vacibliyinivurğulayıb.

Məqalədə:
Seçilən
40
1
az.trend.az

2Mənbələr