AZ

“Nissan” 9 minə yaxınişçisini işdən çıxarır- FOTO

Avtomobil sənayesindəki böhran yapon istehsalçılarına da təsir edir. “Nissan”ın baş direktoru Makoto Uchida ilin üçüncü rübünün yekunlarına dair keçirilən mətbuat konfransında şirkətin istehsal rəqəmlərini və işçilərin sayını azaltmağa hazırlaşdığını açıqladı. Digər elan edilən qərarlardan biri də “Mitsubishi Motors”dakı 10,02% payının satışıdır.

Automotive News Europe tərəfindən dərc edilən hesabata görə, baş direktor şirkətin düşdüyü vəziyyətə görə bütün sənayeyə təsir edən son böhranları günahlandırır. Satış rəqəmlərinin qlobal azalması üçüncü rübdə “Nissan”ın əməliyyat mənfəətini 85% azaldıb.

“Nissan” bu xaosdan çıxmaq üçün 9 min nəfərin işdən çıxarılacağını və təxminən 3 milyard dollar qənaət ediləcəyini açıqladı. Eyni zamanda AMIEO (Afrika, Yaxın Şərq, Hindistan, Avropa və Okeaniya) regionunun prezidenti olan Guillaume Cartier-in vəzifəsi Yaponiya/ASEAN, AMIEO və Amerika regionlarıyla yanaşı qlobal satış və satış sonrasına nəzarət etmək üçün Baş Performans Direktoru kimi artırıldı.

Nərmin

FOTO QALEREYA
Seçilən
15
avtosfer.az

1Mənbələr