AZ

Harris kampaniyası pul yığmağa davam edir

ABŞ seçkilərində məğlub olan Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kampaniyası seçkilərin bitməsindən bir həftə sonra da pul yığmağa davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın "NBC" telekanalı məlumat yayıb.

"Vitse-prezidentin məğlubiyyətini etiraf etməsindən bir həftə keçməmiş, Harrisin kampaniyası hələ də pul yığmağa davam edir" - telekanalın məlumatında deyilir.

"NBC"nin verdiyi məlumata görə, kampaniya rəsmisi yığılan pulun Demokratik Milli Komitəyə köçürüləcəyini və bəzi ştatlarda səslərin yenidən sayılmasını istəyəcəklərini deyib.



Müəllif: Arzu
Seçilən
19
teleqraf.com

1Mənbələr