AZ

Sodanın bilmədiyiniz faydaları

Adətən soda hər hansı bir şirniyyatın hazırlanmasında istifadə olunur. 

Ancaq araşdırmalar zamanı müəyyən edilib ki, soda tək qidanın hazırlanmasında deyil, eyni zamanda, sağlamlıq üçün də faydalıdır.

Hit.az sodanın bir neçə faydasını təqdim edir.

Boğaz ağrısı zamanı (angina, faringit və s.) soda ilə olan qarqaralar çox yaxşı kömək edir.

Diş iltihabı (flüs) zamanı da soda ilə qarqaralar yaxşı kömək edir. 

Bəzi qadınlarda antipersperantlardan istifadəsi allergik reaksiyaya səbəb olur.
Bu halda da soda kömək edə bilər. 

Uzaq məsafələrə yol gedilən zaman qusmanın kəsilməsində də sodalı su çox faydalıdır.

Sodalı su mədə qıcqırmasının qarşısını alır.

Zəhərlənmələr, ishal və qusmalar zamanı vena daxilinə soda məhlulunun yeridilməsi və ya gündə çoxlu miqdar sodalı su qəbulu orqanizmi zərərli maddələrdən təmizləyir, bədənin itirilmiş su ehtiyatını bərpa edir.

Ağız boşluğunu sodalı su ilə qarqara eləmək diş ağrısını kəsir.

Sevinc

Seçilən
17
hit.az

1Mənbələr