AZ

İqlim dəyişikliyi və maliyyə resurslarının məqsədyönlü istifadəsi tələb olunur -Vüqar Gülməmmədov

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov COP29 çərçivəsində keçirilən “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə çıxış edərək, qlobal çağırışlardan irəli gələn məsələlərin xüsusi diqqətdə saxlanmasının vacibliyini vurğulayıb.

Fins.az xəbər verir ki, V.Gülməmmədov, iqlim dəyişikliyi sahəsindəki problemlərin həm qlobal, həm də milli səviyyədə ciddi təhlil və tədbir görməyi tələb etdiyini qeyd edib.

O, iqlim dəyişikliyinin azaldılması və bu dəyişikliklərə uyğunlaşma üçün böyük maliyyə və dövlət vəsaitlərinin ayrılmasının vacibliyini bildirib. Bu vəsaitlərin məqsədyönlü və şəffaf istifadəsinin təmin edilməsinin AAO-ların iştirakı ilə mümkün olduğunu bildirib. O, həmçinin son illərdə ətraf mühitlə bağlı məsələlərin və iqlim fəaliyyətinin auditlərdə yer aldığını və bu sahədə bir sıra çağırışların mövcud olduğunu qeyd edib.

Sədr, xüsusilə aşağıdakı məsələləri vurğulayıb:

  • Yaşıl həllərin bəzi hallarda ənənəvi standartlara uyğun gəlməməsi və milli qanunvericikdə dəyişikliklərə ehtiyac olması.
  • İqlim fəaliyyəti ilə bağlı məlumatların vaxtında təqdim edilməsində və etibarlı məlumatlara çıxışda çətinliklər.
  • Yaşıl büdcə və iqlim maliyyəsi ilə bağlı yaxşı təcrübələrin sayının azlığı.
  • İqlim auditinin miqyasının müəyyən edilməsində və bu sahədə xüsusi biliklərin artırılmasına ehtiyac.

Bu tədbir həmçinin COP29 çərçivəsində iqlim maliyyəsi, yaşıl enerji dəhlizləri, təmiz hidrogen, metanın azaldılması kimi məsələlərə toxunan bir çox təşəbbüslə davam edib. COP29-dan əsas gözlənti, iqlim maliyyəsinin artırılması və ədalətli, ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır. Bu tədbir, həmçinin iqlim dayanıqlılığı üçün harmoniya və yaşıl rəqəmsal fəaliyyətlər kimi müzakirələri də əhatə edir.

Fuad Mədətov
Fins.az

Seçilən
8
6
fins.az

7Mənbələr