Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonsonun cari mövsümün sonunda klubu tərk edəcəyi bildirilir.
Futbolpress.az xəbər verir ki, 42 yaşlı çalışdırıcı futbolçu Alexandro Qrimaldo ilə birlikdə klubdan ayrılacaq. Alonsonun keçmiş klubları “Real” (Madrid) və “Bavariya” potensial taliblər kimi ortaya çıxır. İspaniyalı mütəxəssis Karlo Ançelottinin uğursuzluğu fonunda “Real”la əlaqə saxlayıb.
Qeyd edək ki, Alonsonun rəhbərliyi altında ötən mövsüm ilk çempionluğunu yaşayan “Bayer-04” cari “futbol ili”ndə 10 turdan sonra 17 xal toplayaraq turnir cədvəlinin 4-cü pilləsində yer alıb.