AZ

TDT tərəfdaşlığına dair bəyanat imzalanıb

Bu gün COP29 çərçivəsində iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün Türk Dövlətləri Təşkilatı (TDT) tərəfdaşlığının yaradılmasına dair bəyanat imzalanıb.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, imzalanma İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair Nazirlər Görüşündə baş tutub.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və ölkələr arasında inteqrasiya proseslərinə dəstək verdiyini vurğulayıb. Qeyd olunub ki, birgə təşəbbüslər iqlim fəaliyyəti və "yaşıl iqtisadiyyat" kimi istiqamətlərdə müsbət dəyişikliklərə nail olunmasına mühüm töhfələr verəcək. Bu məqsədlə üzv dövlətlərin "yaşıl iqtisadi keçidi"ni dəstəkləmək üçün platforma kimi İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığı yaradılır. Bu təşəbbüs iqlimə uyğun ağıllı inkişaf və ədalətli "yaşıl keçid" üçün daha sıx əməkdaşlığın təşviqi məqsədi daşıyır. Bu çərçivədə milli "yaşıl inkişaf" strategiyalarının hazırlanması, "yaşıl enerji zonaları"nın yaradılması, iqlimin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, "yaşıl" KOB subyektlərinin və startapların yaradılmasını dəstəkləmək və s. mühüm işlərin reallaşdırılması hədəflənir.

Seçilən
24
13
aznews.az

10Mənbələr