AZ

"Stefanik Trampın "güc vasitəsilə sülh" siyasətini tamamilə dəstəkləyir..."

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Ukraynanın NATO üzvlüyünə dəstək verməkdən imtina edib
 
ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsinə Trampın irəli sürdüyü namizəd Eliz Stefanik özünün Ukrayna ilə bağlı əvvəlki mövqeyindən imtina edib.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
Məlumatda deyilir ki, indi o, gələcək prezidentin siyasətinə büsbütün dəstək verir və artıq Kiyevin "Javelin" raketləri ilə təchiz olunmasını və Ukraynanın NATO-ya qəbul edilməsini tələb etmir. 
 
Tramp tərəfindən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna Trampın irəli sürdüyü namizəd, Nyu-York ştatından olan Eliz Stefanik özünün vaxtilə Ukraynanın regional təhlükəsizlik üçün kritik vacib adlandırdığı Ukraynanın NATO-ya daxil olması barədə bəyanatından imtina edib. 
 
2022-ci ildə Stefanik xüsusilə Rusiya ilə münaqişənin eskalasiyası fonunda NATO-ya Ukraynanı öz sıralarına qəbul etməyə çağırış edib. O zaman o, hərtərəfli hərbi yardım tədarükünə dəstək verib və vurğulayıb ki, Tramp administrasiyası bundan öncə Kiyevə "Javelin" raketləri verib.
 
"Mən Ukraynanın region üçün nə qədər vacib olduğunu görürəm. Bu ölkə NATO-ya qəbul edilməli və onu döyüş sursatları və "Javelin"lərlə təchiz etmək üçün gücümüz yetən hər şeyi etməliyik, həm də unutmayaq ki, Tramp administrasiyası artıq bunları tədarük edib", - o, deyib.
 
Onun bu fikirləri münaqişənin ilk günlərində ikipartiyalı dəstəyə uyğun olaraq sərt Ukraynayönümlü mövqeyini əks etdirib. İndi isə Stefanik mətbuat konfransında əvvəlkitək Ukraynanın NATO üzvlüyünə dəstəklə bağlı suala cavab verməkdən imtina edib, bununla da indi Trampın yanaşması ilə razı olduğunu anladıb. 
 
"Stefanik Trampın "güc vasitəsilə sülh" siyasətini tamamilə dəstəkləyir və Ali Baş Komandan kimi Ukraynada münaqişəyə son qoyulmasının ən yaxşı metodları ilə bağlı onun ardınca gedəcək", - bu barədə kommunikasiyalar üzrə direktor Əli Blek bəyan edib.
 
Stefanikin Ukraynanın NATO-ya qəbul edilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırmaması onunla bağlıdır ki, ictimaiyyət getdikcə bu ölkəyə Amerika tərəfindən dəstəkdən daha da yorulur, Tramp və digər respublikaçılar isə ABŞ-ın az qala üç il davam edən münaqişədə hərbi-maliyyə yardımı ilə bağlı roluna getdikcə daha çox skeptik yanaşır. 
 
Stefanikin Nümayəndələr Palatasında fəaliyyəti də ictimai rəyin təzyiqi nəticəsində dəyişib. Əvvəlcə o, Ukraynayönümlü qanunun qəbul edilməsini, Rusiya əleyhinə çoxsaylı sanksiyaları, habelə Ukraynaya hərbi yardım proqramlarını dəstəkləyib. Bu ilin aprelində o, növbəti 60 milyard dollarlıq yardım paketinin əleyhinə səs verib.
 
Bu, onun 2022-ci ilin aprelində ABŞ-ın Nümayəndələr Palatasının Rusiyanın sanksiyalar tətbiq etdiyi 400 üzvünün tərkibinə qatıldığı və bunu "şərəf nişanı" adlandırdığı zaman verdiyi bəyanatlarla təzad təşkil edir.
 
O zaman Stefanik Rusiyanın hərəkətlərini Ukrayna xalqına qarşı "soyqırım", Vladimir Putini isə "quldur" və "hərbi cinayətkar" adlandırıb. Jurnalistlərin əvvəlki bəyanatlarına sadiq olub-olmayacağı ilə bağlı suallarına isə o, cavab verməkdən imtina edib.
Seçilən
30
50
moderator.az

10Mənbələr