AZ

İtki və zərər mənzərəsi üzrə nəzərəçarpacaq irəliləyiş QEYDƏ ALINDI

Noyabrın 14-də Varşava Beynəlxalq Mexanizmi (WIM) ExCom və COP29 Sədrliyinin birgə təşkilatçılığı ilə "İtki və zərər mənzərəsinin açılması" mövzusunda tədbir keçirilib. Tədbir itki və zərər üçün qlobal dəstək sisteminin, xüsusən Varşava Beynəlxalq Mexanizmi (WIM) İcraiyyə Komitəsinin və onun tematik ekspert qruplarının, WIM nəzdində yaradılmış Santyaqo şəbəkəsi və inkişaf etməkdə olan ölkələrə artıq yaşanmış və ya gözlənilən itki və zərərə effektiv cavab vermək üçün hərtərəfli dəstəyi təmin edən İtki və Zərər Fondunun fərqli rollarını açmağa çalışıb.

Bizim.Media xəbər verir ki, tədbirin moderatoru Varşava Beynəlxalq Mexanizminin İcraiyyə Komitəsinin nümayəndəsi Tessa Kelli dünyada iqlim dəyişikliyinin təsirlərinin getdikcə daha çox hiss olunduğunu, xüsusilə inkişaf etməkdə olan ölkələrdə itki və zərərlə nəticələndiyini qeyd edib.
 

Uzun illər ərzində tərəflər itki və zərərin qarşısını almaq, onu minimuma endirmək və aradan qaldırmaq üçün xüsusilə həssas inkişaf etməkdə olan ölkələri dəstəkləmək məqsədilə institusional arxitektura yaratmağa çalışıblar.


T.Kelli son bir neçə il ərzində itki və zərərə cavab vermək üçün yeni fondun yaradılmasının diqqət mərkəzində saxlanıldığını da qeyd edib.

2024-cü ilin tarixin ən isti ili kimi yadda qaldığını deyən COP29-un adaptasiya və itki və zərər üzrə aparıcı danışıqçısı Elvin Əşrəfzadə ekstremal hava hadisələrinin milyonlarla insanın zərər çəkməsi ilə nəticələnən görünməmiş dağıntılar yaratdığını qeyd edib.

Dünyada baş verən iqlim dəyişikliyi nəticəsində iqtisadiyyata milyardlarla dollar ziyan dəydiyini qeyd edən E.Əşrəfzadə deyib: "İtki və zərərə effektiv və vaxtında cavab vermək üçün əlimizdən gələni etmək bizim borcumuzdur. Odur ki, itki və zərərin qarşısını almaqla bağlı fəaliyyətə imkan vermək planımızın əsas prioritetlərindən biri olub".

E.Əşrəfzadə itki və zərər mənzərəsi üzrə nəzərəçarpacaq irəliləyişin qeydə alındığını, COP29 çərçivəsində əməkdaşlıq və innovativ ideyaların inkişaf edən itki və zərər mənzərəsinin formalaşmasında həlledici rol oynadığını da diqqətə çatdırıb.

O, İtki və Zərərə Cavab Fondunun tam fəaliyyət göstərməsi istiqamətində kritik addımlar atıldığını, nəticədə bunun çoxdan gecikmiş maliyyə vəsaitlərinin 2025-ci ildə nəhayət həssas icmalara yönəldilməsinə imkan verəcəyini vurğulayıb.

Tədbir müzakirələrlə davam edib.

Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr