AZ

"GM" 500 min avtomobilini geri çağıracaq

Amerikanın "General Motors" korporasiyası (GM) qəza riskini artıran nasazlıqlara görə 461 839 avtomobilini Amerika bazarından geri çağıracaq.

Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Qeyd edilib ki, geri çağırılma "Chevrolet Silverado", "Chevrolet Tahoe", "GMC Sierra", "GMC Yukon" və "Cadillac Escalade" 2020-2022 model illərinə təsir edəcək.

Bildirilib ki, avtomobil sahibləri nasaz hissələri yeniləri ilə əvəz etmək üçün rəsmi "GM" dilerləri ilə əlaqə saxlaya bilərlər.

Seçilən
8
1
avtosfer.az

2Mənbələr