AZ

"Bank of Baku" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR

Bank of Baku

Partnyorlarla iş bölməsinin Baş eksperti

Son tarix 14 dek 2024 - Müraciət et


Vəzifə öhdəlikləri:

  • Yeni bolkart partnyorlarının cəlbi,
  • Cari partnyorların sorğularının cavablandırılması,
  • Yeni biznes imkanlarının araşdırılması,
  • Bolkart partnyorları ilə satışın artırılması istiqamətində kampaniyaların təşkili,
  • Monitorinqlərin aparılması,
  • Əmək haqqı partnyorlarının cəlbi və cari əmək haqqı partnyorlaırnın sifarişlərinin qəbulu, icrası

Tələblər:

  • Ali təhsil
  • Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta
  • MS Office proqramları ilə işləmə bacarığı;
  •  Sahə üzrə 2-5 il iş təcrübəsi

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

 

İT risklərinin idarə edilməsi bölməsinin eksperti

 Son tarix 14 dek 2024 - Müraciət et

Vəzifə öhdəlikləri:

  • Bankın müvafiq məlumat bazasından əldə etdiyi hesabatlar əsasında təhlil və araşdırmaların aparılmasında iştirak edir;
  • Bankın informasiya sistemi və ya texnologiyaları üzrə rislərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi tətbiqində iştirak etmək;
  • İT risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsində iştirak etmək;
  • İT riskləri üzrə risk xəritəsinə əlavələrin edilməsi, biznes proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək;
  • Biznes proseslərinin İT risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqinin həyata keçirilməsində iştirak etmək;
  • İT üzrə əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak etmək;
  • Daxili insidentlər, əməliyyat riskləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların əldə olunması və səbəblərin araşdırılmasında iştirak etmək;
  • İT risk və insidentlərin idarə edilməsi sisteminin təşkilində iştirak etmək;
  • İT riskləri üzrə stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılmasında iştirak etmək;

Tələblər:

  • Təhsil- Ali 
  • İş təcrübəsi- 1il (sahə üzrə)
  • Dil biliyi- Azərbaycan dili- yüksək, İnglis dili- orta; 
  • MS Office –yüksək;
  • SQL- yüksək

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

 

Daxili audit departamenti, Ümumi audit şöbəsi, Müfəttiş

 Son tarix 14 dek 2024 - Müraciət et

Vəzifə öhdəlikləri:

  • Mövcud proseslərin qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili və qeydiyyatının aparılması;
  • Təsdiq olunmuş illik audit planına əsasən audit layihələrinin həyata keçirilməsində iştirak etmək;
  • Cari tariflər və qaydalar üzrə kənarlaşmaların müəyyən olunması və onların səbəblərinin araşdırılması;
  • Müvafiq proseslər üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
  • Müvafiq proseslər üzrə tətbiq olunmuş nəzarət tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
  • Aparılmış yoxlamalara dair hesabatların hazırlanması;
  • DAD (Daxili audit departamenti) fəaliyyətinin qaydalarına uyğun olaraq audit fəaliyyətinin həyata keçirilməsi;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi;
  • DAD əsasnaməsindən irəli gələn və bu vəzifə öhdəliklərinə zidd olmadan DAD rəhbərinin ona həvalə etmiş olduğu digər işlərin görülməs

Tələblər:

  • Ali təhsil: İqtisadi
  • Əlavə İT biliklərinə (SQL, VBA və.s) malik, xarici audit şirkətlərində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. 
  • Audit üzrə yerli və beynəlxalq qanunvericilik, beynəlxalq audit standartları üzrə biliklər arzuolunandır. 

Üstünlüklər:

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta; 
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz:

 

Sistem administratoru (Windows)

 Son tarix 14 dek 2024 Müraciət et

Vəzifə öhdəlikləri:

  • Serverlərdə işləmək üçün lazım olan əməliyyat sistemlərinin və proqram təminatlarının quraşdırması ,nəzərət və idarə edilməsi.
  • Serverlərdə proqram təminatların konfiqurasiyasını həyata keçirlməsi, nəzərət və idarə edilməsi.
  • Server proqram təminatının işlək vəziyyətdə saxlanılması. Baş vermiş hadisələr, nöqsanlar/qüsurlar və onların müvəqqəti həll edilməsi/aradan qaldırılması.
  • Lokal şəbəkə və poçt serverinin istifadəçilərini qeydiyyata alınması, identifikatorlar və parolların təyin, nəzərət və idarə edilməsi.
  • Giriş hüquqlarını təyin edılməsı və şəbəkə resurslarının istifadəsinə nəzərət və idarə edilməsi.
  • Məlumatların vaxtında surətinin çıxarılması, arxivləşdirilməsini və ehtiyat nüsxəsini çıxarmasını təmin edilməsi.
  • İstifadəçi və proqram təminatı xətalarının müəyyən edilməsi və onların müvəqqəti həlli/aradan qaldırılması üçün tədbirlərin görülməsi (baş mütəxəssislərin məlumatlandırılması, aşkar edilmiş problemlər barədə onlarla məsləhətləşmələrin aparılması).
  • Serverlər və iş stansiyaları üçün antivirus qorunmasını həyata keçirilməsi, nəzərəti
  • Server infrastrukturundan istifadəsı, qurulması, monitorinqinə görə məsuliyyət daşımaq. Tələb olunan hallarda hər hansı məsələlərin birbaşa departamentin rəhbərinə eskalasiya edilməsinə görə məsuliyyət daşımaq.

Tələblər:

  • Sistem Administratorları üzrə ən az 3-5 il təcrübəyə malik olması
  • İnformasiya təhlükəsizliyinin əsaslarını barədə müvafiq anlayışa malik olmaq.
  • Şəbəkə texnologiyalarının əsasları barədə müvafiq anlayışa malik olmaq.
  • Əməliyyat sistemlərinin idarə etmə təcrübəsinə və biliyə malik olmaq (Windows Server)
  • Virtuallaşdırma və virtual mühitin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq(VMWARE, Hyper-V)
  • Zabbix, PRTG monitorinq sistemi və server təhlili və idarə edilməsi üzrə təcrübyə malik olmaq
  • Web server administrasiyası üzrə təcrübəyə və biliyə malik olmaq(IIS)
  • Windows əsaslı platformaların mərkəzləşdirilmiş serverlərin idarə olunması üzrə təcrübəyə və biliyə malik olmaq (SCCM, WSUS, Powershell);
  • Ehtiyat vasitələrinin idarə edilməsi (Veeam, Veritas) üzrə təcrübəyə və biliyə malik olmaq
  • Saytlararası Replikasiya alətlərinin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq(Zerto)
  • Baza serverinin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq (MS SQL)
  • Server avadanlığının və Məlumat Saxlama Sistemləri üzrə xidmət göstərilməsi və konfiqurasiyası üzrə təcrübəyə malik olmaq
  • Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq.

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

 

ƏL/TMM bölməsinin eksperti

 Son tarix 14 dek 2024 Müraciət et

Vəzifə öhdəlikləri:

  • PY/TMM baxımından monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatlar hazırlamaq;
  • Müştərilərin əməliyyatlarını PL/TMM baxımından analiz etmək;
  • Analiz edilmiş məlumatlar üzrə nəticələri müvafiq reyestrlara daxil etmək;
  • Requlyativ orqanlara göndərilən hesabatları müvafiq formatda hazırlayıb məsul şəxsə təqdim etmək;

Tələblər:

  • Ali təhsil- Bakalavr
  • İş təcrübəsi- 0-1il (sahə üzrə)
  • Dil biliyi- Azərbaycan dili- yüksək; İnglis dili-orta; Rus dili orta
  • MS Office – Yüksək

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

 

Məhkəmələrlə iş bölməsinin hüquqşünası

 Son tarix 14 dek 2024 Müraciət et

Vəzifə öhdəlikləri:

  • İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində Bankı nümayəndə qismində təmsil edir;
  • Məhkəmədən geri qaytarılmış işləri yenidən məhkəməyə göndərir;
  • Məhkəmə qərarlarının vaxtında alınmasını və aidiyyatı struktura təqdim edilməsini təmin edir;
  • Məhkəməyə verilmiş müştərilərlə bağlı məlumat bazasını məlumatlarla təmin edir, işlərin vəziyyəti ilə əlaqədar qeydlər aparır və bunun üçün aidiyyatı strukturlara müraciət edir;
  • Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərir;
  • Hüquq mühafizə orqanları və Şöbənin icraatında olan işlərin xüsusiyyətindən asılı olaraq digər idarə və təşkilatlarla münasibətlərdə Bankı təmsil edir;
  • Hüquq mühafizə orqanlarından Banka daxil olan sorğu və müraciətlərə baxır və qanunvericiliyə müvafiq cavablar hazırlayır;

Tələblər:

  • Təhsil- Ali 
  • İş təcrübəsi- 1-3il (sahə üzrə)
  • Dil biliyi- Azərbaycan dili- yüksək, 
  • MS office –orta;

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

 

Komplayens şöbəsinin müdiri

 Son tarix 14 dek 2024 Müraciət et

Vəzifə öhdəlikləri:

  • Komplayens və ƏL/TMM sahəsinə dair daxili qayda və prosedurlarının yazılması prosesində iştirak edir və zəruri dəstəyi göstərir;
  • Komplayens və ƏL/TMM sahəsində fəaliyyət üzrə qanunvericiliyin və daxili qayda və prosedurların tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirir;
  • Komplayens bölməsinin əməkdaşlarının fəaliyyətinə nəzarət edir, işlərin keyfiyyətli və vaxtında icra olunmasına cavabdehlik daşıyır;
  • Yeni Qanun və Qaydaların Bank daxilində tətbiqinin təmin edilməsi prosesində iştirak edir;
  • Bankın komplayens riskinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarəti üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri səlahiyyəti daxilində müəyyən edir;
  • Yeni bank məhsullarının və xidmətlərinin hazırlanması və tətbiqi prosesində iştirak edir;
  • Komplayens risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar bankdaxili kommunikasiyanı təmin edir;
  • Komplayens sahəsində fəaliyyət üzrə Bankın əməkdaşlarına məsləhətlər verir, onların ƏL/TMM sahəsi ilə əlaqəli sorğularını cavablandırır və bu istiqamətdə zəruri köməkliyini göstərir;
  • Bankın əməkdaşları üçün ƏL/TMM sahəsi, komplayens riskləri ilə əlaqədar təlim proqramının hazırlanması və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrası prosesində iştirak edir;
  • Bankın fəaliyyəti üzrə qərarvermə prosesində maraqlar münaqişəsini müəyyən edir və dövri olaraq qiymətləndirir;
  • Bankın fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin monitorinqini aparır;
  • Komplayens çərçivəsində ƏL/TMM üzrə MMX-yə hesabatçılıq tələblərinə uyğunluğunu yoxlayır;
  • Komplayens çərçivəsində ƏL//TMM üzrə əməliyyatlara davamlı monitorinqin adekvatlığının yoxlayır;
  • Maliyyə monitorinqi orqanı, nəzarət orqanları tərəfindən komplayens sahəsi ilə əlaqədar göndərilmiş sorğuları onların müəyyən etdiyi müddətdə və formada cavablayır;
  • Komplayens üzrə struktur vahidin əməkdaşlarına işlər/prosedurlar üzrə tövsiyələr verir;
  • Mərkəzi Bankın həyata keçirdiyi yoxlamalar, həmçinin daxili və xarici audit zamanı səlahiyyətinə aid məsələlər üzrə bütün lazımi dəstək və köməyi göstərir

Tələblər:

  • Ali təhsil- İqtisadi-idarəetmə sahəsində
  • İş təcrübəsi- 5il (sahə üzrə)
  • Dil biliyi- Azərbaycan dili- yüksək, İnglis dili- yüksək Rus dili- orta
  • Excel –yüksək;
  • SQL-yüksək

Digər şərtlər:

  • CAMS sertifikatı tələb olunur.

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

Seçilən
25
fed.az

1Mənbələr