AZ

COP29-un 12 yaşlı iştirakçısından maraqlı AÇIQLAMA

“Mənim 12 yaşım var. Ekoloq və sosial sahibkaram, eyni zamanda COP29-da iştirak edən nümayəndə heyətinin ən gənc rəhbəriyəm. Artıq ikinci dəfədir ki, COP tədbirinə qatılıram. 107 müxtəlif ərazidə 150 000 ağac əkmişəm. Bunu dörd yaşımdan bəri edirəm, yəni artıq yeddi ildən çoxdur ki, bu işlə məşğulam”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Prasidi Meşə Fondunun və “Yaşıl Sütun” iqlim təhsili kurslarının təsisçisi olan hindistanlı Prasidhi Sinq deyib.

O, uşaqlar və yeniyetmələr üçün iqlim təhsilinin əhəmiyyətini vurğulayıb:

“Düşünürəm ki, gənclərin ən böyük problemi məhz bununla bağlıdır. Bizim istəklərimizi reallaşdırmaq üçün kifayət qədər potensialımız var, lakin vəsait çatışmazlığından onları həyata keçirə bilmirik. Bu baxımdan uşaqlara dəstək lazımdır. Mən bacardığım qədər bu barədə addımlar atmağa çalışıram. Dünyada uşaqların və gənclərin səsi eşidilmir. Halbuki biz gələcəyimiz üçün çox önəmliyik. Məqsədim uşaqların səsini bütün dünyaya çatdırmaqdır”.

Prasidhi Sinq, həmçinin Bakının COP29-a uğurla ev sahibliyi etdiyini vurğulayıb:

“Bakı çox gözəl şəhərdir. Mən COP28-də də iştirak etmişəm. Düzünü desəm, hesab edirəm ki, konfransın Bakıda təşkili əla qərardır. Azərbaycanın dünyanın müxtəlif ölkələrindən gəncləri bir araya gətirməsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməsi çox yaxşı haldır”.

Seçilən
39
medianews.az

1Mənbələr