AZ

İnyesta futbol klubu aldı


“Barselona”nın və İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Andres İnyesta Danimarkanın ikinci divizionunda çıxış edən “Helsinger” futbol komandasının sahibi olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İnyesta Danimarkanın TV2 telekanalına danışıb.
“Biz komandanın ildən-ilə təkmilləşməsini, gənclər akademiyasından oyunçuların gəlməsini, komandanı təchizat baxımından təkmilləşdirməsini və insanların öz komandaları ilə fəxr etmələrini istəyirik”, - futbolçu deyib.
“Peşəkar karyeramı bitirdikdən sonra həyatımda yeni mərhələyə başlamaq, təcrübəmi “Helsinger” kimi kluba çatdırmaq mənim üçün çox vacibdir – NSN (“Never say never” – futbolçunun şirkəti) və “Stoneweg” arasında ilk layihə. Bu, futbolu fərqli perspektivdən yaşamaq üçün əla fürsətdir”, - Andres bildirib.
“Sport.es”in məlumatına görə, NSN keçmiş “Barselona” oyunçusu ilə Danimarkaya da səfər edən Jaume Sabaterin başçılıq etdiyi İspaniya-İsveçrə şirkəti “Stoneweg” ilə birlikdə klubun səhmlərinin əksəriyyətini alıb.
Seçilən
18
yeniavaz.com

1Mənbələr