"Fənərbağça" "Barselona"nın ulduzunu heyətinə cəlb etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" Ansu Fatini transfer etmək niyyətindədir. Bu barədə "OK Diario" məlumat yayıb.

İstanbul nəhənginin idman direktoru Mario Brankonun 22 yaşlı hücumçu üçün kataloniyalılar ilə danışıqlara başladığı qeyd olunub.

Xatırladaq ki, 2024/25 mövsümündə 7 matçda meydana çıxan oyunçu cəmi 158 dəqiqə oynayıb və fərqlənməyi bacarmayıb.