AZ

Rusiya Qafqazda bu ərazini özünə birləşdirə bilər

Gürcü Arzusu hökuməti Rusiyanın Abxaziyanı anneksiyası üçün bəhanə yaradıb.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariya deyib.

“Faktiki olaraq özünün seçkiqabağı kampaniyası ilə Gürcüs Arzusu Rusiyanın hazırda həyata keçirdiyi fəaliyyət üçün hüquqi və mənəvi əsas yaradıb. Birinci əsas “üzr istəyirik” ifadəsi idi ki, Rusiya XİN bunu Gürcüstanın müharibəni başlatması ilə bağlı bəhanə kimi istifadə etdi”, – deyə o bildirib.

Qeyd edək ki, Abxaziya Gürcüstanın tərkib hissəsidir. Qondarma rejimdə bundan öncə etiraz aksiyaları başlayıb. Aksiyalar Rusiya ilə investisiya razılaşmasına qarşıdır.

Seçilən
41
paytaxt.org

1Mənbələr