AZ

Çin avtomobilləri uğursuzdur,çox ciddi şəkildə qiymət itirirlər - VİDEO

“Çin istehsalı olan avtomobillərlə bağlı sadə bir statistika deyim, özünüz yoxlayın. Avtomobil elanları saytlarına daxil olun, 1998-2000-ci ilin “Mercedes”lərinin qiymətlərinə baxın. 13, 15, 17, 20 min... Saytlarda Çin istehsalı 2018, 2019, 2020-ci il maşınların qiymətlərinə də baxın. İşlənmiş maşınlar 6, 7, 8 min manatdır. Bu o deməkdir ki, Çin istehsalı olan avtomobillər uğursuz avtomobillərdir və çox ciddi şəkildə qiymət itirirlər”.

Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri bloqer Pərvin Cəfəri deyib.

“Qısa müddət sürənlərdən danışmıram. Çin maşınlarını alıb 3-4 il istifadə edən adamlar özləri nə qədər beziblərsə, 40 min manata aldıqları maşınları bu gün rahat 7-9 minə satırlar ki, başlarından rədd etsinlər. Bunu özünüz də yoxlaya bilərsiniz, çox sadədir...”, - o bildirib.

Seçilən
12
1
avtosfer.az

2Mənbələr