AZ

“Real”ın qapıçısı zədəsini sağaldıb

"Real Madrid"in qapıçısı Tibo Kurtua keçən oktyabrın sonunda aldığı zədəsini sağaldıb.

90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, belçikalı qolkiper Los Blankosun son məşqində iştirak edib.

Bu o deməkdir ki, İspaniya Primerasının 14-cü turunda “Leqanes”lə qarşılaşmada 32 yaşlı oyunçunun meydanda görmək şansı çox realdır.

Bu qarşılaşma noyabrın 24-nə təyin edilib. Bu mövsüm Tibo "Real"ın heyətində bütün turnirlərdə 12 oyuna çıxıb və cəmi 10 qol buraxıb. O, ağır diz zədəsi səbəbindən keçən mövsümün demək olar ki, hamısını buraxmışdı.

Seçilən
29
90deqiqe.az

1Mənbələr