UEFA Millətlər Liqasının C Liqasında Ermənistan millisi doğma meydanda Farer adalarını qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandaların ilk görüşündə 2:2 hesablı heç-heçə qeydə alınmışdı.
Qeyd edək ki, qrupda 5 oyundan sonra Ermənistan 4 xalla sonuncu, Farer adaları isə iki xal artıq toplayaraq ikinci pillədə qərarlaşıb. Qrupa 11 xalla Şimali Makedoniya başçılıq edir.