AZ

Demokratlar seçki kampaniyasından borclu çıxıblar

ABŞ-ın vitse-prezidenti Kəmalə Harrisin seçki qərargahı prezident seçkilərində məğlub olduqdan sonra da pul yığmaqda davam edir.

Musavat.com xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC News məlumat yayıb.

Onların sözlərinə görə, qərargahın pulu tükənməyib, lakin o, Demokratların tərəfdarlarına e-poçt və mətn mesajları göndərməklə ianə istəməyə dava edirlər.

Qeyd olunur ki, Harris toplanan vəsaiti müxtəlif ştatlarda səslərin yenidən hesablanmasına dəstək də daxil olmaqla Demokratlar Partiyasının Milli Komitəsinə göndərəcək. Mənbələr həmçinin qeyd ediblər ki, seçki kampaniyasından Demokratların borcları qalıb, dəqiq məbləğ açıqlanmayıb, lakin bildirilib ki, onları “ilin sonuna qədər ödəmək çətin olmayacaq”.

 

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr