AZ

Tesla “Cybertruck” avtomobillərini geri çağırdı

ABŞ-ın avtomobil istehsalçısı Tesla şirkətinin 2431 “Cybertruck” avtomobilini geri çağırdığı bildirilib. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsindən açıqlama verilib. Açıqlamada sözügedən qərarın 6 noyabr 2023-cü il və 30 iyul 2024-cü il tarixləri arasında istehsal edilən bəzi “Cybertruck” avtomobillərini əhatə etdiyi ifadə edilib. Açıqlamada 2431 avtomobilin invertordakı nasazlıq səbəbindən geri çağırıldığı qeyd edilib. Qeyd edək ki, Tesla artıq 6-cə dəfədir ki, “Cybertruck” avtomobillərini geri çağırır.

Bundan əvvəl Tesla arxa görüntü kamerasındakı problemə görə ABŞ-da 27 mindən çox “Cybertruck” avtomobilini geri çağıracağını açıqlamışdı.

Seçilən
8
3
metbuat.az

7Mənbələr