Bakı. Trend:
Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Josep Borrel noyabrın18-də Aİ xarici işlər nazirlərini İsraillə siyasi dialoqundayandırılması imkanını müzakirə etməyə dəvət edəcək.
Trend-in məlumatına görə, bu barədə Avropa diplomatiyasınınrəhbərinin mətbuat katibi Peter Stano Brüsseldə keçirdiyi brifinqdəbildirib.
Onun sözlərinə görə, J.Borrell nazirlərdən təkliflə bağlıfikirlərini soruşacaq.
Aİ Xarici Əlaqələr Şurasının növbəti iclasında Borrel üzvölkələrin İsrailin Qəzzada hərbi əməliyyatları nəticəsində nəgördüklərini müzakirə etmək istərdi. Məqsəd onların insanhüquqlarının, humanitar və beynəlxalq hüququn pozulub-pozulmamasıilə bağlı mövqeyini müəyyən etməkdir.
Borrelin rəsmi sözçüsü izah edib ki, Aİ-nin İsrailləmünasibətlərinin siyasi çərçivəsi Assosiasiya Sazişidir.