AZ

Tramp bu vəzifəyə kiçik Kennedinin namizədliyini irəli sürüb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Səhiyyə və İnsan Xidmətləri naziri vəzifəsinə kiçik Robert Kennedinin namizədliyini irəli sürmək qərarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında yazıb.

"Mən kiçik Robert Kennedinin Səhiyyə və İnsan Xidmətləri Naziri vəzifəsində çalışacağını elan etməkdən məmnunam. Çox uzun müddətdir ki, amerikalılar aldatma və dezinformasiyaya əl atmış sənaye qida kompleksinin və əczaçılıq şirkətlərinin təsiri altında əziyyət çəkirlər”, - deyə o qeyd edib.

Əvvəllər Demokratlar Partiyasının üzvü olan kiçik Robert Kennedi son seçkilərdə müstəqil namizəd kimi öz namizədliyini irəli sürüb. Lakin sonradan o, söz azadlığı və iqtisadi müstəqillik də daxil olmaqla bir sıra əsas məsələlərdə oxşar mövqelərə istinad edərək Trampı dəstəkləmək qərarına gəlib.

Seçilən
20
operativmm.az

1Mənbələr