AZ

İngiltərədən darmadağın, İtaliyadan çətin qələbə

UEFA Millətlər Liqasının qrup mərhələsində 5-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, bu gün 8 qarşılaşma təşkil olunub.

A Liqasının 2-ci qrupunda Fransa İsraili, Belçika İtaliyanı qəbul edib. Fransızların doğma meydanda xal itirdiyi gündə italyanlar səfərdən qələbə ilə dönüblər.

İngiltərə yığması da səfərdə Yunanıstanı 3 cavabsız qolla yenib.

UEFA Millətlər Liqası
5-ci tur

14 noyabr

A Liqası, 2-ci qrup

Fransa – İsrail 0:0

Belçika – İtaliya 0:1
Qol: Tonali, 15.

Xallar: İtaliya – 13. Fransa – 10. Belçika – 4. İsrail – 1.

B Liqası, 2-ci qrup

Yunanıstan – İngiltərə 0:3
Qollar: O.Uotkins, 7. Vlaxodimos, 78-öz qapısına. K.Cons, 82.

İrlandiya – Finlandiya 1:0
Qol: E.Ferquson, 45.

Xallar: İngiltərə – 12. Yunanıstan – 12. İrlandiya – 6. Finlandiya – 0.

B Liqası, 3-cü qrup

Qazaxıstan – Avstriya 0:2
Qollar: Baumqartner, 15. Qreqoriç, 25.

Sloveniya – Norveç 1:4
Qollar: Şeşko, 21-pen – Nusa, 4; 59. Haland, 45. Hauqe, 83.

Xallar: Avstriya – 10. Norveç – 10. Sloveniya – 7. Qazaxıstan – 1.

C Liqası, 4-cü qrup

Ermənistan – Farer adaları 0:1
Qol: Davidsen, 33-pen.

Şimali Makedoniya – Latviya 1:0
Qol: Serafimov, 57.

Xallar: Şimali Makedoniya – 13. Farer adaları – 6. Ermənistan – 4. Latviya – 4.

Seçilən
29
10
futbolinfo.az

10Mənbələr