AZ

İqlim dəyişikliyi bu məhsulların məhvinə səbəb ola bilər

Bir çox insanlar hələ də iqlim dəyişikliyinin mövcud olmadığını düşünsələr də, biz artıq onun dağıdıcı təsirlərini yağışlar, qasırğalar, daşqınlar və quraqlıqlar şəklində görürük.

Lakin bunlar qlobal istiləşmə, dəyişən hava şəraiti və ekstremal temperaturların planetimizə nələr etdiyini göstərən bir nümunədir. Yaşamağımız üçün qida vacibdir. Optimal hava şəraiti və temperatur, öz növbəsində, məhsul yetişdirmək üçün lazımdır. İqlim dəyişdikcə və temperatur yüksəldikcə qidaya və onun davamlılığına təsir göstərir. Bu baxımdan aşağıdakı məşhur qidaların gələcəkdə əldə edilməsi o qədər də asan olmaya bilər:

Üzüm və şərab

Şərab bölgələrində artan temperatur göstəriciləri üzümün daha çox şəkər və daha az turşu ehtiva etməsi deməkdir ki, bu da şüşədə bir-iki faiz daha çox spirtə səbəb olur. Bu, o qədər də açıq-aşkar mənfi amil kimi görünmür, lakin belə temperaturlara görə erkən yetişmə üzümçülərin üzümdən üzüm yığım vaxtını azaltmasına səbəb olur, həmçinin məhsulun keyfiyyətinə və bəzi bölgələrin məşhur şərab istehsal etmək qabiliyyətinə təsir göstərir.

Ağcaqayın siropu

Şəkər ağcaqayınları ağcaqayın şərbətini hazırlamaq üçün lazım olan suyu istehsal etmək üçün aşağı qış temperaturu tələb edir. Ağcaqayın ağacları tamamilə yox olmayacaq, lakin onların sayı daha az və daha çox stresli ola bilərki, bu da ağcaqayın siropunun mövcudluğunu daha da azaldır.

Dəniz məhsulları

İqlim dəyişikliyi karbon dioksid səviyyəsini artıraraq okeanın turşulaşmasına səbəb ola bilər. Bu, dəniz həyatının yaşaması üçün lazım olan şərtləri dəyişir və nəticədə bəzi növlər və dəniz məhsulları sənayesi üçün birbaşa təhlükə yaranır.

Şokolad

Artan temperatur və azalan su ehtiyatları kakao ağaclarının sayının azalmasına səbəb olur, eyni zamanda şokoladın xammalı olan kakao paxlası istehsalını çətinləşdirir. Şokoladın tədarükünün azalması və ona tələbatın artması gələcəkdə bu məhsulun daha da bahalaşacağı və əlçatmaz olacağı deməkdir.

Albalı

Albalı şitilləri cücərmək üçün soyuğa məruz qalmağı tələb edir. Daha yüksək temperatur onlarda tozlanmağı və böyüməyi çətinləşdirir. Toxumlar payızda əkilir və yazda fidanlar çıxmağa başlayır, buna görə də isti qışlar cücərmənin azalmasına səbəb ola bilər.

Lobya

Lobya isə sərinliyi və aşağı temperaturu sevməsə də, lakin xüsusilə çiçəkləmə zamanı istilikdən əziyyət çəkir. Çox tez-tez baş verən qasırğalar və daşqınlar da məhsulu məhv edən səbəblərdəndir.

Qəhvə

Qəhvə pası və ya roya fotosintezi dayandıraraq, yarpaqların tökülməsinə səbəb olan və böyüməsini dayandıraraq qəhvə ağaclarını məhv edən bir göbələkdir. İqlim dəyişikliyinin səbəb olduğu artan temperatur göbələklərin yüksək hündürlüklərdə inkişaf etməsinə imkan verir və qəhvə istehsalına mənfi təsir göstərir.

Qarğıdalı

Alimlər hesab edirlər ki, qlobal temperaturun cəmi 1,8 dərəcə artması qarğıdalının yetişmə tempini 7% ləngidə bilər. Qarğıdalı istehsalının aşağı düşməsi həm də daha az ət əldə etmək və daha da yüksək ət qiymətlərinə səbəb ola bilər. Çünki yemlik qarğıdalı inək, donuz, qoyun və quşçuluq üçün təbii yem hazırlamaqda istifadə olunur.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
49
ikisahil.az

1Mənbələr