ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli Donald Trampın ona kabinetində vəzifə verməyəcəyi ilə bağlı açıqlamasına reaksiya verib. Metbuat.az xəbər verir ki, Heyli özü Trampla işləmək istəmədiyini ifadə edib. Heyli, “Mənim onun kabinetində olmaq fikrim yox idi. Tramp, bunu bilirdi” - deyə bildirib. Trampın onu ictimaiyyət qarşısında alçaltmaq üçün əlindən gələni etdiyini ifadə edən Heyli, yeni seçilmiş prezidentin oynadığı oyundan xəbərdar olduğunu ifadə edib. Qeyd edək ki, Donald Tramp BMT-nin keçmiş daimi nümayəndəsi Nikki Heyli və keçmiş dövlət katibi Mayk Pompeonu yeni administrasiyaya dəvət etməyəcəyini açıqlayıb. Heyli 2017-2018-ci illərdə Birləşmiş Millətlər Təşkilatında ABŞ-ın daimi nümayəndəsi vəzifəsində çalışıb.