AZ

Qaralmış bananın faydaları

Banan dünyada dad və qida dəyərləri zənginliyinə görə əhəmiyyətli meyvələrdən biri hesab edilir.

“Qafqazinfo” xəbər verir ki, banan bizə enerji verir, daha uzun müddət tox saxlayır və bədənimizi bütün lazımi qidalar, vitaminlər, minerallar və təbii şəkərlə təmin edir.

Adətən bəzi insanlar bu meyvənin üzərində qara ləkələr görünməyə başlayanda xarab olduğunu düşünərək atır və əksər meyvələrdə olduğu kimi çürüdüyünü düşünür.

Banan qabığındakı tünd ləkələr meyvənin çürüdüyünün deyil, yetişməsinin əlamətidir. Bananlarda qara-qəhvəyi ləkələr nə qədər çox olarsa, onları istehlak etmək bir o qədər faydalıdır. Bir çox araşdırmada göstərir ki, qaralmış bananlar müxtəlif xərçəng növlərinin qarşısını alır.

Bananların tam yetişən zaman tərkibindəki yüksək antioksidant xüsusiyyətlər də artır. Həm viruslara, həm də xərçəng hüceyrələrinə qarşı immunitet sistemini gücləndirməyə kömək edir.

İstehlak etmək üçün xoşagələn görünməsə də, ancaq bədən üçün faydalı qidadır. Çünki, yetişmiş bananların antioksidant xüsusiyyətləri artdıqca onların immun sistemini gücləndirmə qabiliyyəti də artır.

Bananlar yetişdikcə, tərkibindəki maqnezium miqdarı da çoxalır. Yüksək maqnezium hipertoniyadan əziyyət çəkən insanlar üçün yaxşıdır və yüksək təzyiqi dərhal aşağı salır. Bundan əlavə, yetişmiş banan ürək, depressiya, həzmə və sağlam bağırsaq hərəkətinə kömək edir.

Bananlar təbii antasidlərdir və mədə yanmasını dərhal aradan qaldırmağa kömək edir. Xüsusilə qastrit xəstələrinə müntəzəm olaraq banan istehlak etmələri tövsiyə olunur.

Yetişmiş banan yemək qəbizlik əlamətlərini azaldır və müxtəlif səbəblərdən yaranan ishaldan sağalma müddətini sürətləndirir. Banan liflə zəngin olduğu üçün qəbizliyi də aradan qaldırır. Bağırsaq hərəkətini stimullaşdırır.

Seçilən
47
2
qafqazinfo.az

3Mənbələr