AZ

Rusiya MAQATE ekspertlərinin Zaporojye AES-ə girişini qadağan etməklə hədələyib

Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mütəxəssislərinin işğal altında olan Zaporojye atom elektrik stansiyasında işləməsinə icazə verir. Bununla belə məqsədəuyğun olmadığı halda Rusiya onların stansiyaya girişini qadağan edilə bilər.

Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, MAQATE nümayəndələri Rusiya və Ukrayna arasında müharibənin dondurulmasına qədər stansiyada qalacaqlar.

“MAQATE Katibliyinin ekspertləri Zaporojya AES-də Rusiya Federasiyası hökumətinin razılığı ilə və yalnız ölkəmiz onların orada qalmasını məqsədəuyğun hesab etdiyi müddətə qədər qalacaqlar”, - XİN-dən bildiriblər.

Oxuməni.az

Seçilən
16
oxumeni.az

1Mənbələr