İqlim aktivistləri COP29-da qalıq yanacaqların istifadəsinə qarşı aksiya keçirirlər.
“Report” xəbər verir ki, aksiya “Mavi zona”da baş tutur.
Qeyd edək ki, nümayiş COP29-da iştirak edən iri sənaye çirkləndiricilərin lobbiçiliyinə qarşı yönəlib.
Nümayişçilər həmçinin ədalətli iqlim maliyyələşdirilməsinə çağırır və ətraf mühitin çirkləndirilməsinin dayandırılmasını tələb edirlər.