Ali Radanın deputatı Yevgeni Şevçenko dövlətə xəyanətdə ittiham olunur.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət İstintaq Bürosunun məlumatında bildirilib.
Qeyd olunub ki, parlamentari ölkənin müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurub.
Son Yazılar:
- Şevçenko dövlətə xəyanətdə ittiham OLUNUR
- Tez-tez peyvənd olunmağın ziyanı AÇIQLANDI
- Qadın çantasında olan 6 toksik zəhərli ƏŞYALAR
“Deputat Ukraynanın müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurmağa Rusiyanın tam miqyaslı müdaxiləsindən əvvəl başlayıb. Belə ki, o, 2020-2023-cü illər ərzində dəfələrlə Belarusa səfər edib, orada Rusiyanın genişmiqyaslı müdaxilə təhlükəsinin olmaması barədə yanlış məlumatlar yayıb”, – bildirilib.
O da deyilir ki, onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır. Şevçenkonu əmlakı müsadirə olunmaqla 15 ilə qədər həbs cəzası gözləyir.