Novosibirsk alimləri uzun illər apardıqları müşahidələr əsasında belə bir qənaətə gəliblər ki, Baykal gölünün həcmi hər il artır. Belə artımın da əslində bir tərəfdən çox əhəmiyyətsiz olduğu deyilsə də, lakin bu tendensiya uzun müddətdir ki, davam edir. Alimlərin fikrincə, böyük narahatlıq doğuran bu göstərici həmçinin çox yaxın gələcəkdə qlobal faciələrə səbəb olmaqla hətta bəşəriyyətin təhdidinə belə çevrilə bilər.
Problemli Baykal
geologiya-mineralogiya elmləri doktoru, alim Sergey Krivonoqov “Science in Siberia”, eləcə də “Gondwana Research” jurnalları üçün bu mövzularda yazdığı məqalələrdə qeyd olunur ki, yer planetindəki ən böyük şirin su hövzəsinin litosfer plitələrinin qovşağında – Sibir və Transbaykal platformaları arasındakı çat əsas təhlükə mənbəyidir.
Krivonoqovun fikrincə, əslində bu gölün özü də onların hərəkəti nəticəsində yaranıb. Lakin digər bir rusiyalı alim, Geologiya-mineralogiya elmləri doktoru olan Aleksandr Tatarinov mövzuya daha fərqli yanaşır. Tatarinovun nəzəriyyəsinə görə, bu, çat heç vaxt belə qorxulu, həm də xüsusi təhlükə mənbəyi hesab edilə bilməz, çünki araşdırmalar da sübut edib ki, sözügedən çatın mənbəyi məlumdur. Alim deyib ki, əslində geoloji standartlara görə çat elmi baxımdan çox yaxın tarixdə – 100-150 min il əvvəl baş verib.
Baykal bölgəsində hər il 3 min, bəzən də 8 minə yaxın və 4 baldan yuxarı olmayan zəlzələlər qeydə alınır, gölün dibində isə daim palçıq vulkanları püskürür. Litosfer plitələri hər il 5-7 millimetr bir-birindən uzaqlaşır, üstəlik də su anbarının özü bir neçə yüz kvadratmetr su səthi ilə artır və 3-5 mm dərinləşir.
Professor Kirill Levi isə tamamilə əmindir ki, bu, proses gölün okeana çevrilməsinə gətirib çıxaracaq. Levinin sözlərinə görə əgər bu dinamika beləcə davam edərsə, o zaman çatlar qitəni parçalayacaq, daha sonra isə Baykal Oxot dənizi və bəlkə də Hind okeanı ilə birləşəcək.
“Zamanla “Baykal boğazı” dəyişib dənizə və daha sonra da okeana çevriləcək – öz geoloji iqlimi, zəngin florası, faunası ilə. Sözsüz ki, bunun nə vaxt baş verəcəyini dəqiq söyləmək mümkün deyil. Amma bir çoxları milyonlarla, bəziləri isə on min və yaxud da yüz minlərlə illərdən danışır. Bu cür çevrilmələrin nəticələrini isə heç vaxt dəqiq proqnozlaşdırmaq mümkün olmur. Məsələn, skeptiklər belə müxtəlif fikirlər söyləyirlər, onlar deyirlər ki, insanlıq çox erkən yox olacaq. Amma nə vaxt? Bunu dəqiq bilən varmı?. Sadəcə, deyə bilərəm ki, nə vaxtsa Baykal gölü okean olacaq”- söyləyən Rusiyanın tanınmış elm adamı, professor Kirill Levi sonda fikirlərini belə yekunlaşdırıb.
Oqtay Qorçu